Britaniyada dörd məscidə hücum oldu
Britaniya polisi cümə axşamı Birminqem şəhərində dörd məscidə edilən vandal hücumu ilə əlaqədar istintaq aparır. Naməlum şəxs dörd ayrı məhəllədə yerləşən məscidin şüşələrini qırıb. RİA Novosti-nin məlumatına görə, bu haqda Uest-Midlends qraflığının polis idarəsi məlumat yayıb.
“Hələlik ötən gecə baş verən bu hücumların motivləri məlum deyil”, -deyə polis rəsmisi Deyv Tompson bildirib.
Rəsmi məlumata görə, ilk insident yerli vaxtla 02.30 (Bakı vaxtı ilə 06.30 radələrində) baş verib. Naməlum şəxs ağır çəkiclə məscidlərdən birinin şüşələrini qırıb. Sonradan polisə şəhərin üç başqa məscidinin də anoloji hücumlara məruz qalması ilə bağlı şikayət daxil olub.
Cinayətkarın yaxalanması istiqamətində işlər aparılır.