azia.az
azia.az

“Turan” qurulur: Qarşısını heç kim ALA BİLMƏZ - Ərdoğan prezidentləri İstanbula BUNA GÖRƏ toplamışdı

2-12-2021, 15:58

“Turan” qurulur: Qarşısını heç kim ALA BİLMƏZ - Ərdoğan prezidentləri İstanbula BUNA GÖRƏ toplamışdı
“Rusiya KTMT ilə bərabər “Turan dövlətləri”nin də formalaşmasına istəmir. Məsələ ondadır ki, “Turan dövlətləri” öz gücünü ortaya qoymaqla Avrasiyada yeni strategiya formalaşdıra bilər. Bu da Rusiyanın xarici siyasət maraqlarına uyğun gəlmir”.

Azia.az xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin Asiya və Sakit Okean ölkələri üzrə siyasi ekperti Samir Hümbətov belə deyib. Müsahibimiz bildirdi ki, hazırda Çin “Turan birliyi”nin qurulmasına reaksiya verməsə də, otuz milyondan artıq uyğur türkünün problemlərinin ortada olduğu bir dönəmdə belə bir təşkilatlanmanın aparılması rəsmi Pekini narahat etməyə bilməz.

“Turan” qurulur: Qarşısını heç kim ALA BİLMƏZ - Ərdoğan prezidentləri İstanbula BUNA GÖRƏ toplamışdı
“Əslində “Turan” “Türk Dövlətləri Birliyi” formasında təşkil olunacaq və artıq proses başlayıb. Bu birlik Avropa Birliyinin bir başqa modeli kimi qiymətləndirilir amma ondan fərqli olaraq burada bəzi nüanslar var. Birinci burada olan dövlətlərin hər biri türk dövlətlərinə daxildir. Onların əsas hədəf və məqsədi dili, dini bir həmçinin iqtisadi, siyasi və hərbi sahədə əməkdaşlıqda güclü birlik yaratmaqdır. Bu gün təşkilatma o səviyyədə qurulub ki, artıq burada ideoloji, siyasi, iqtisadi, hərbi və digər aspektlərdən yanaşma var. Nəticə etibarilə bu prosesin dayandırılması o qədər də inandırıcı görsənmir. Xüsusilə son İstanbul Zirvə Görüşündə imzalanan sənədlər, qəbul edilən qərarlar da qeyd etdiyimi bir daha təsdiq edir”.

Politoloq vurğuladı ki, Rusiyanın bu birliyə qarşı çıxmaq istəyi öz maraqlarını qorumaq naminədir.

Bəs birliklə bağlı Rusiya qarşısına qoyduğu məqsəd qoyubmu? Atacağı addımlar nə qədər uğurlu ola bilər?

Samir Hümbətov bu suallara cavab olaraq bildirdi ki, “Turan birliyi”nin təşkilatlanma prosesinin gedişi onu göstərir ki, hər hansı bir gücün bu prosesə müdaxilə etmək imkanları o qədər də geniş deyil, bu sadəcə sözdən o tərəfə keçə bilməz.

“Qeyd edim ki, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Türkiyənin daxili siyasətini normallaşdırıb sabit siyasi kurs formalaşdırmaqla bərabər həm də xarici siyasət strategiyasını çoxşaxəli edib. Ərdoğanın siyasi elitada qazandığı nüfuzu sayəsində Türkiyə hazırda bölgənin əsas aktyorlardan birinə çevrilib. Məhz “Turan dövlətləri”nin birləşməsində aparıcı rol oynayan Türkiyənin bu gün regiondakı nüfuzu Rusiyanı ciddi düşünməyə vadar edir. Hətta Türkdilli dövlətlərin birləşib ordu halını alması ehtimalı yuxarı səviyyədədir. Çünkü hər bir dövlət potensial olaraq özünün gücünü ortaya qoymaq istəyir. Rusiya da istəmir ki, KTMT çərçivəsində parçalanmalar olsun. Məsələ ondadır ki, Türkdilli dövlətlərə daxil olan ölkələrdən Qazaxıstan, Qırğızıstan KTMT-nin tərkibindədir. Təbii ki, yeni birlik layihəsi KTMT üçün parçalanma təhlükəsi yarada bilər”. / Metbuat.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi