azia.az
azia.az

KTMT ölkələri Ermənistanı yox, Azərbaycanı dəstəklədi

28-11-2021, 20:33

KTMT ölkələri Ermənistanı yox, Azərbaycanı dəstəklədi

KTMT ölkələri Ermənistanı yox, Azərbaycanı dəstəklədi
Daha əvvəl xəbər verdiyimiz kimi, Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci Zirvə Toplantısı keçirilir. İƏT İran, Türkiyə, Pakistan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Tacikistan və Azərbaycanın daxil olduğu regional təşkilatdır.

Sammitin sonunda yekun bəyannamənin qəbul ediləcəyi gözlənilir. virtualaz.org-un redaksiyasına “Aşqabad fəaliyyət konsensusu” adlı yekun bəyannamənin mətni daxil olub. Digər məsələlərlə yanaşı, sənəd Azərbaycanın maraqlarına birbaşa cavab verən müddəaları ehtiva edir. O cümlədən, sənədin mətnində Azərbaycanın ötən il qazandığı qələbə münasibətilə təbriklər yer alıb.


KTMT ölkələri Ermənistanı yox, Azərbaycanı dəstəklədi
“... İşğal olunmuş ərazilərin azad edilməsi və ölkənin ərazi bütövlüyünün bərpası münasibətilə Azərbaycan Respublikası Hökumətini və Xalqını təbrik edərək və bunun mehriban qonşuluq münasibətlərinin qurulması yolu ilə Qafqaz regionunda davamlı sülhə və iqtisadi tərəqqiyə yol açacağına inanaraq, üzv dövlətləri Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yenidənqurma layihələrinə və yenidənqurma işlərinə sərmayə yatırmaq imkanlarını araşdırmağa çağırırıq...”, - sənəddə deyilir.

Bu tərtibat xüsusilə bununla diqqətəlayiqdir ki, sənədi imzalayanlar arasında KTMT-nin üç üzvü var - Qazaxıstan, Qırğızıstan və Tacikistan. Bu dövlətlərin həm də KTMT-nin üzvü olan Ermənistanın deyil, Azərbaycanın mövqeyini dəstəkləməsi onu göstərir ki, ədalət və Avrasiya inteqrasiya ölkələrinə rəğbət rəsmi Bakının tərəfindədir və hətta İrəvanın nominal tərəfdaşları bunu etiraf edir. Çünki onlar da Bakı ilə sıx əlaqələrin daha böyük dəyərini qəbul edirlər. Bu fakt eyni dərəcədə Azərbaycanın düzgün və uğurlu xarici siyasətinin nəticəsidir.
KTMT ölkələri Ermənistanı yox, Azərbaycanı dəstəklədi


Onu da qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində qəbul edilən hesabatlarda “dəhliz” anlayışı “Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı sənədlər” kontekstində öz əksini tapıb. Bu, həm də Bakının uğurlu xarici siyasətinin bariz nümunəsidir ki, bunun nəticəsində İƏT regionunda “Zəngəzur dəhlizi” termininin qəbuluna nail olmaq və əsas regional oyunçuların diqqətini bu nəqliyyat arteriyasına cəlb etmək mümkün olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi