azia.az
azia.az

Rusiyadan "Turan" barədə ŞOK AÇIQLAMA: Söhbət hərbi əməkdaşlıqdan gedirsə... -

1-12-2021, 18:22

Rusiyadan "Turan" barədə ŞOK AÇIQLAMA: Söhbət hərbi əməkdaşlıqdan gedirsə... -
“Türk Dövlətləri Təşkilatının hərbi əməkdaşlığı olarsa, bunun faydası olmaz”.

Azia.az xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov belə açıqlama verib. O bildirib ki, Rusiya Türkiyənin Türk Dövlətləri Təşkilatını qurmasına normal yanaşır:

“Burada söhbət mədəni proseslər və türk dili ənənələrinin dəstəkləməsindən gedirsə qorxulacaq bir şey yoxdur. Lakin burada sizin eşitdiyiniz bizim isə hələlik dəqiq bilmədiyimiz hərbi əməkdaşlıq məsələləri müzakirə mövzudursa əlbəttə bunun faydası olmaz. Bunun Türkiyənin və Türk Dövlətləri Təşkilatındakı müttəfiqlərin maraqlarına uyğun olduğunu düşünmürəm. Liderlər telefonda danışacaq. Mən də sabah Stokholomda ATƏT toplantısı çərçivəsində Türkiyənin Xarici İşlər naziri ilə görüşəcəyəm. Bu məsələləri açıq və şəffaf şəkildə müzakirə edəcəyik. Maraqlarımızın balansını qorumalı olduğumuz problemləri və açıqlamaları ədalətli şəkildə ortaya qoymalıyıq”. / Metbuat.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi