azia.az
azia.az

Avropa İttifaqı - NATO əməkdaşlığına dair yeni bəyannamə hazırlanır

29-11-2021, 09:11

Avropa İttifaqı - NATO əməkdaşlığına dair yeni bəyannamə hazırlanır

“Avropa İttifaqı təbliğat və hibrid təhdidləri sferasında vəziyyətlə bağlı təhlil mərkəzi yaratmalıdır”.

“Report” xəbər verir ki, belə bir təkliflə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen çıxış edib.

“Biz əminik ki, düzgün qərarlar qəbul etmək, vaxtında və fəal şəkildə hərəkət etmək üçün bütün Avropa ittifaqı daxilində düzgün məlumat, analitik imkanlara sahib olmalıyıq. Buna görə də Aİ-dəki vəziyyətin təhlili üçün qurumun birgə fəaliyyət göstərəcək mərkəzinə ehtiyacı var.

Hibrid təhdidlər daha da kəskinləşdikcə Avropa NATO ilə əməkdaşlığını növbəti səviyyəyə çıxarmalıdır. Buna görə də biz (NATO-nun baş katibi Yens Stoltenberqlə – Red) Avropa İttifaqı-NATO əməkdaşlığına dair yeni bəyannamə üzərində işləyirik”, - deyə Avropa Komissiyasının rəhbəri vurğulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi