Elçin Sadıqov Avropa İttifaqı Şurasının sədri ilə nədən danışıb?-VƏKİLDƏN AÇIQLAMA
Azərbaycanda səfərdə olan Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk hakimiyyət rəsmiləri ilə yanaşı həm də vətəndaş cəmiyyəti, habelə ölkənin tanınmış vəkilləri ilə görüşüb.Gununsesi.org-a açıqlamasında vəkil Elçin Sadıqov bildirib ki, görüşdə Azərbaycanda insan hüquqları, həbsdə olan siyasi fəalların, jurnalistlərin müdafiəsi sahəsində yaranan problemlər haqqında Avropa İttifaqı Şurasının Prezidentinə məlumat veriblər: ”Çox məsuldar bir görüş oldu. Bəzi məsələlərin həlli üçün təkliflərimizi verdik. Ümid edirəm ki, Avropa İttifaqının rəhbərliyi Azərbaycan hökuməti ilə dialoqlarında bu məsələrə diqqət ayıracaq”.