Görüş S.Sarkisyanın Brüsselə edəcəyi səfər çərçivəsində baş tutacaq.
Ermənistan prezidenti Serj Sarkisyan NATO baş katibi Yens Stoltenberq, və Avropa Birliyi Şurasının rəhbəri Donald Tuskla görüşəcək.
İstiPress-in məlumatına görə, görüş S.Sarkisyanın fevralın 26-28-də Brüsselə edəcəyi səfər çərçivəsində baş tutacaq.
O, Avropa Komissiyasının sədri Jan Klod Yunker və Aİ diplomatiya rəhbəri Federika Mogerini ilə də görüşəcək.
Bundan başqa, Sarkisyanın həmçinin Karneqi Araşdırma Mərkəzinin ekspertləri, habelə Belçikadakı erməni iş adamları ilə görüşü planlaşdırılır.