Ölkəni ayağa qaldıran görüntü: İlk dəfə paylaşdılar - İnsanları qorxutmaq üçün... / FOTOLAR
Efiopiyada üsyançıların yayımladığı görüntülər böyük rezonans yaradıb.
Azia.az xəbər verir ki, ilk dəfə üsyançılar əsir götürülən minlərlə əsgərin fotolarını yayıblar. Üsyançı Tigray Xalq Azadlıq Cəbhəsinin əsir götürdüyü əsgərlərin sayı barədə məlumat yoxdur.
Görüntünün Baş nazir Abiy Əhmədin döyüşlərə qoşulması barədə xəbərlərin yayılmasından sonra paylaşılması diqqət çəkir.
Qeyd edək ki, Tigray Xalq Azadlıq Cəbhəsi və ordu arasında toqquşmalar ötən il başlayıb. Üsyançılar bir sıra uğurlar əldə ediblər.