azia.az
azia.az

Ermənistandan əsir düşmüş hərbçilərlə bağlı etiraf

15-10-2020, 10:13


Azia.az: Son günlər davamlı şəkildə cəbhədəki itkilərinin bir qismini etiraf edən işğalçı Ermənistan rəsmiləri nəhayət, əsir götürülən hərbçilərlə bağlı da danışmağa başlayıb.
Ermənistandan əsir düşmüş hərbçilərlə bağlı etiraf
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan açıqlama verib. “Təəssüf ki, mən bizim əsirlər barədə informasiya verə bilmirəm”, Ovannisyan deyib. O iddia edib ki, Azərbaycan tərəf informasiyaları təqdim etmir, Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə işləmir.

Ermənistan Müdafiə Nazirliyinin təmsilçisinin dediklərindən aydın olur ki, işğalçı ölkə nə qədər hərbçisinin döyüşlərdə məhv edildiyi, yaxud əsir götürüldüyündən xəbərsizdir. Darmadağın olan orduya görə cavabdehlik daşıyanlar isə bu məsələdə də günahı Azərbaycanın üzərinə yıxmağa çalışırlar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi