İsrail ŞOKDA: Ölkəni ayağa qaldıran dəlik - Nazirlər təcili toplantılar keçirir / VİDEO
İsrailin Gilboa həbsxanasından qaçan 6 fələstinli məhkum ölkədə böyük rezonans yaradıb.
Azia.az xəbər verir ki, İsrailin bütün güc strukturları onların tapılması üçün səfərbər olub. Müdafiə naziri Beni Qantz və Kəşfiyyat rəhbəri Nadav Argaman məsələni müzakirə etmək üçün bir araya gəlib. Bildirilir ki, həbsxanadan qaçanlar Fətih qruplaşmasının silahlı üzvləridir. Ömürlük həbs edilən məhkumlar qaldıqları bölmədə 10 metrlik tunel qazaraq qaçıblar.
Qeyd edək ki, Gilboa həbsxanası təhlükəsizlik tədbirlərinin yüksək olduğu təcridxana kimi seçilir.