azia.az
azia.az

Erməni mayorlar Zəngəzurdakı döyüşə buraxılmadı

19-11-2021, 12:45

Erməni mayorlar Zəngəzurdakı döyüşə buraxılmadı
Bir neçə gün əvvəl Zəngəzurda Azərbaycan və Ermənistan hərbçiləri arasında baş verən insident zamanı qarşı tərəfin mayor rütbəli şəxslərinə döyüş mövqelərinə, qaynar nöqtələrə qalxmağa icazə verilməyib.

Bu barədə məlumatı "Hraparak” qəzeti yayıb.

Nəşrin məlumatına görə, Müdafiə Nazirliyinin xüsusi təyinatlı alayının zabitləri, eləcə də xarici kəşfiyyatçılar döyüş əməliyyatlarının ən həlledici məqamında mövqelərə qalxmağa cəhd edərkən onlara qadağa qoyublar. Bildirilib ki, bu, yeni təyin olunmuş müdafiə naziri Suren Papikyanın əmridir və o qeyd edib ki, vəzifəsi mayordan yüksək olanlar döyüş mövqelərinə buraxılmasın.

Hökumət Ermənistanda yerləşən 102-ci hərbi bazanın dəstəyindən də imtina edib və Zəngəzurdakı hərbi bazanın ikinci korpusunun komandiri erməni əsgərlərinə dəstək vermək istəyəndə ona da icazə verilməyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi