azia.az
azia.az

Ermənistanın yeni Müdafiə nazirindən Rusiya əleyhinə ŞOK PAYLAŞIM

17-11-2021, 12:15

Ermənistanın yeni Müdafiə nazirindən Rusiya əleyhinə ŞOK PAYLAŞIM
Ermənistanın yeni müdafiə naziri Suren Papikyanın siyasi keçmişi ilə bağlı qalmaqal bitmək bilmir. İndi də Suren Papikyanın qatı Rusiya əleyhdarı olduğu bildirilir.
Azia.az xəbər verir ki, bu barədə Ermənistanın “politik.am” saytı məlumat yayıb. Sayt Papikyanın 2013 və 2015-ci illərdə sosial şəbəkələrdə Rusiyanın əleyhinə paylaşdığı statusları ortaya çıxarıb. Papikyan statuslarından birində Moskva ilə hərbi ittifaqa etirazını bildirib və Rusiyanı “lənətlənmiş” adlandırıb. Müdafiə naziri başqa bir statusunda Gümrük İttifaqına və Rusiya ilə yaxın əlaqələrə etiraz edib. Sayt yazır ki, hazırda Papikyanın Rusiya tərəfi ilə necə davrandığı çox maraqlıdır. Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan-Ermənistan sərhəddində baş vermiş gərginlikdən sonra baş nazir Nikol Paşinyan təxribata əmr verən müdafiə naziri Arşak Karapetyanı vəzifəsindən azad edib. Nikol Paşinyanın digər qərarı ilə Karapetyanın yerinə müavini, heç bir hərbi təcrübəsi və hərbi rütbəsi olmayan Suren Papikyan gətirilib. Papikyanın hərbi xidmət zamanı öz komandirini bıçaqladığı bildirilir. Paşinyanın mülki şəxsi müdafiə naziri təyin etməsi bir daha göstərir ki, baş nazirin ordudakı generallara heç bir etibarı qalmayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi