azia.az
azia.az

Ermənistanda iki hərbçi özünə qəsd edib

26-12-2018, 08:43

Ermənistan ordusunda tüğyan edən özbaşınalıq və qanunsuzluq səbəbindən dekabr ayında bir çox cinayət xarakterli hadisələr baş verib.

AZƏRTAC erməni KİV-lərinə və sosial şəbəkələrinə istinadla xəbər verir ki, düşmən ordusunun iki hərbi qulluqçusu özünə qəsd edib, biri isə xidmət yoldaşı tərəfindən güllələnib.

Altıncı dağ atıcı alayının zabiti leytenant Manruq Mirzoyan özünə qarşı edilən haqsızlığa dözməyərək hərbi hissədə odlu silahdan atəş açaraq özünü yaralayıb.

Zenit-raket alayının müqaviləli hərbi qulluqçusu Vardan Şaxnazaryan isə ov tüfəngi ilə özünə qəsd edib. İlk olaraq hadisənin ailə-məişət zəminində baş verdiyi bildirilsə də, sonradan araşdırma zamanı V.Şaxnazaryanın yüksək rütbəli zabit tərəfindən təhqir olunduğuna görə onun bu addımı atdığı məlum olub.

Daha bir məlumatda isə deyilir ki, döyüş mövqeyində növbədə olarkən iki erməni hərbçi arasında baş verən mübahisə qanlı cinayətə səbəb olub. Üçüncü əlahiddə motoatıcı alayının hərbi qulluqçusu Artyom Movsesyan xidmət yoldaşı tərəfindən açılan atəş nəticəsində çiynindən güllə yarası alıb.

Hər üç faktla bağlı araşdırılma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi