BMT “Taliban”ı qadın hüquqlarına hörmət etməyə çağırdı
BMT-nin Baş katibi Antonio Quterreş "Taliban”ın qadın və qızların hüquqları ilə bağlı öhdəliklərini yerinə yetirməməsindən narahat olduğunu bildirib. Xəbər verilir ki, Baş katib hərəkatı vədlərinə əməl etməyə çağırıb. "Xüsusilə, "Taliban” tərəfindən Əfqanıstan qadın və qızlarına verilən vədlərin pozulmasından narahatam. Vədlərin yerinə yetirilməməsi Əfqanıstan qadınlarının və qızlarının xəyallarının puç olmasına səbəb olur”, deyə Quterreş bildirib. AZXEBER.COM