Taliban: Əfqanıstanda narkotik istehsalı dayandırılacaq
Əfqanıstan narkotik istehsalını dayandıracaq.
Azia.az xəbər verir ki, bu barədə Taliban nümayəndəsi Zabiulla Mücahid deyib.
“Əfqanıstan heç bir növdə narkotik istehsal etməyəcək. İndi heç kim narkotik qaçaqmalçılığında iştirak edə bilməz. İndən belə Əfqanıstan narkotiklərdən azad olunmuş dövlət olacaq”, - deyə Mücahid bildirib.