Məşhur jurnalist etiraf etdi: "Taliban" məni iki dəfə şallaqlayıb
NATO-nun baş katibi Yens Stoltenberqin Əfqanıstanla bağlı keçirdiyi mətbuat konfransında "Xahiş edirəm, "Taliban"ı tanımayın" sözləri ilə gündəmə gələn əfqanıstanlı jurnalist Lailuma Sadid yeni açıqlaması ilə diqqət mərkəzinə düşüb.
Azia.az xəbər verir ki, Lailuma Sadid bu dəfə Türkiyə mətbuatına açıqlaması zamanı 1997-ci ildə taliblər tərəfindən iki dəfə şallaq cəzasına məhkum edildiyini söyləyib:
"Onlar insan haqlarına, qadın hüquqlarına hörmət etməyəcəklər. Qadınlara heç bir yer verməyəcəklər. Bir qadın olaraq 1997-ci ildə Əfqanıstanda "Taliban" rejimi hakimiyyətdə olarkən iki dəfə şallaqlanmışam. "Taliban"ın eyni şeyləri təkrar etməsini, xalqın eyni duruma düşməsini istəmirəm".