SON DƏQİQƏ: Türkiyə sərhədində DƏHŞƏTLİ HADİSƏ: Çox sayda ölü və yaralı var / VİDEO
Türkiyə ordusunun nəzarətindəki Suriyanın Afrin bölgəsində şiddətli partlayış baş verib.
Azia.az xəbər verir ki, Türkiyə sərhədinə yaxın ərazidə qeydə alınan partlayış nəticəsində azı 5 nəfər həlak olub. 10 yaralı var. Məlumata görə, terror hadisəsi bazarın yaxınlığında törədilib. Məlumata görə, hücum minalanmış avotmobilin partladılması nəticəsində baş verib.
Yerli təhlükəsizlik qüvvələri hadisəni törədən PKK/YPG terrorçularını zərərsizləşdirmək üçün axtarışlara başlayıb. Bölgədə təhlükəsizlik tədbirləri artırılıb.