azia.az
azia.az

Türkiyədə daha bir dəhşətli terror: 3 ölü, 24 yaralı

25-03-2016, 11:02

Türkiyədə daha bir dəhşətli terror: 3 ölü, 24 yaralı Əraziyə jurnalistlərin girişi qadağan edilib

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı dünən Diyarbəkirdə törədilmiş terror aktı ilə bağlı açıqlama yayıb. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, rəsmi məlumatda Diyarbəkir-Bingöl magistral yolunda törədilmiş partlayış nəticəsində ölənlərin sayının 3, yaralıların isə 24 nəfər olduğu qeyd edilib.

PKK terror təşkilatının törətdiyi partlayışla bağlı hərbi məhkəmə dərhal yayın qadağası tətbiq edib və ərazidə media mənsublarının görüntü əldə etməsi yasaqlanıb.

Partlayıcı ilə doldurulmuş avtomobilin partladılması nəticəsində yaxınlığındakı polis postu qismən çöküb. Maşından düşərək uzaqlaşan terrorçuların yaxalanması istiqamətində əməliyyat başlayıb. Magistral yolda hərəkət məhdudlaşdırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi