Çavuşoğlu Cozef Baydenin iddialarına cavab verdi
“ABŞ Türkiyəni ittiham etməkdənsə, yürütdüyü yanlış siyasətdən əl çəksin”.
Demokrat.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu venesuelalı həmkarı ilə keçirdiyi mətbuat konfransında bildirib.
Jurnalistin ABŞ Prezidenti Cozef Baydenin Konqresə ünvanladığı məktubla bağlı sualı cavabladıran M.Çavuşoğlu deyib: “ABŞ hakimiyyəti Konqresə məktub göndərərkən, yaxud Amerika xalqını məumatlandırarkən doğrunu söyləmir. Bundan başqa, bu hakimiyyət xalqı ilə də, konqreslə də doğru-dürüst davranmalıdır”.
“Bu, köçür-yapışdır kimi bir məktubdur. Əvvəllər də belə bəyanatlar olub. ABŞ terrorçu PKK ilə YPG arasında fərqin olmadığını çox yaxşı bilir. Ancaq Suriyadakı bu terror qruplaşmasına çox yaxşı dəstək verir. ABŞ qanunlarına görə isə bu cinayətdir. ABŞ-ın Suriyada olmasında əsas hədəfinin İŞİD-ə qarşı mübarizə olmadığını bilirik. İŞİD-ə qarşı dünyada mübarizə aparan yeganə qüvvə bizim ordumuzdur” - deyə M.Çavuşoğlu əlavə edib.
Qeyd edək ki, ABŞ qüvvələrinin Suriyada qalma müddətinin uzadılması ilə bağlı Konqresə müraciət göndərib.(report.az)