azia.az
azia.az

Çavuşoğlu: “Türkiyə “S-400”ləri Azərbaycana verməyə hazırlaşmır”

24-04-2019, 07:33

Çavuşoğlu: “Türkiyə “S-400”ləri Azərbaycana verməyə hazırlaşmır”
Ankara Rusiyadan aldığı “S-400” Zenit Raket Komplekslərini Qətər və Azərbaycana vermək niyyətində deyil. RİA "Novosti" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Daha əvvəl Türkiyə mətbuatı Ankaranın sözügedən ZRK-ları Qətər və Azərbaycana verəcə biləcəyini yazmışdı.
"Söhbət “S-400”lərin Qətər və Azərbaycana yerləşdirilməsi planlarından getmir. Bu məsələ tərəfimizdən heç vaxt müzakirə olunmayıb. Bu məlumat daim KİV-də dövr edir. Əslində isə bu məsələ ilə bağlı heç bir çətinlik yoxdur. Biz Rusiya ilə saziş bağlamışıq və indi onların göndəriləcəyi vaxtı razılaşdırırıq. Əgər Rusiya kompleksləri Azərbaycana satmaq qərarına gəlsə, o bunu birbaşa, vasitəçisiz edəcək. Xüsusən də, bu ölkələr arasında yaxşı münasibətlər var", - deyə Çavuşoğlu bildirib.Çavuşoğlu: “Türkiyə “S-400”ləri Azərbaycana verməyə hazırlaşmır”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi