“Ermənistan ağlını başına yığsın” - Mövlud Çavuşoğlu
Ermənistanın hərbi təcavüzü nəticəsində şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşənə Allahdan rəhmət, qardaş Azərbaycan xalqına və şəhidin ailəsinə səbir diləyirəm."
Musavat.com-un xəbərinə görə, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter”də bildirib.
“Ermənistan hücumlara son qoyub ağlını başına yığsın. Can Azərbaycanın haqlı mübarizəsində hər zaman yanındayıq”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.