azia.az
azia.az

“Taliban”ın ABŞ-a ikinci “11 sentyabr hücumu” – Cavabı veriləcəkmi?

11-09-2021, 15:20

“Taliban”ın ABŞ-a ikinci “11 sentyabr hücumu” – Cavabı veriləcəkmi?
Əfqanıstanda hakimiyyəti hərbi yolla ələ keçirən "Taliban" yeni qurulan hökumətin andiçmə mərasimini 11 sentyabr gününə təyin edib. Aydın məsələdir ki, bu dünyaya və ABŞ-a verilən ciddi mesajdır. Bundan başqa Əfqanıstanda qurulan yeni hökumətin 5 üzvü "Guantanamo" həbsxanasında olub.

Maraqlıdır, bu reallıqlar çərçivəsində ABŞ-ın "Taliban”a cavabı necə olacaq?

Mövzu ilə bağlı Sfera.a-a açıqlama verən politoloq Turab Rzayev deyib ki, ABŞ Taliban hökumətinin andiçmə mərasimini 11 sentyabr gününə təyin etməsinə sərt reaksiya verməyəcək:

"Çünki bu gün rəsmi Vaşinqton taliblərlə münasibətləri normallaşdırmaqda maraqlıdır. Təsadüfi deyil ki, taliblərin hakimiyyətə gəlməsində ən böyük pay ABŞ-a məxsusdur. Rəsmi Vaşinqton faktiki olaraq Əfqanıstanı Talibana güzəştə getdi. Lakin bununla belə taliblərdən gözləntiləri də az deyil. Öz növbəsində Taliban keçmiş səhvlərini təkrar etməsə radikal orta əsr feodal qaydalarından uzaqlaşa, ABŞ-la münasibətləri də daha yaxşı ola bilər.

O ki qaldı, ABŞ Taliban hökumətinin andiçmə mərasimini 11 sentyabr gününə təyin etməsinə verəcəyi reaksiyaya, deyə bilərəm ki, rəsmi Vaşinqton bu davranışın səbəbini bilir. Buna görə də ciddi reaksiya vermək niyyətində deyil. Məsələ ondadır ki, ABŞ uzun illər boyunca Əfqanıstanda demokratiya adı altında dəfələrlə mülki əfqanları öldürüb. Əfqan toyları zamanı, ibadətləri əsasında və s. formada əfqanlar qətlə yetirilib. Talibanın bu gün belə bir adım atmasının səbəbi də məhz budur. Biz buna həm də Talibanın revanşizmi kimi qiymətləndirə bilərik”.

Politoloq qeyd edib ki, ABŞ-ın Əfqanıstandan çıxması keçmiş prezident Corc Buşun başladığı modern Səlib yürüşünün sonu oldu:

"ABŞ-ın Buş adminitrasiyası dövründə Əfqanıstana müdaxiləsi yeni dövrün Səlib yürüşü kimi də qiymətləndirə bilərik. ABŞ uzun illər demokratiya adı altında Əfqanıstanı işal etdi. Lakin texnoloji üstünlüyünə, hərbi gücünə, maliyyə imkanlarına baxmayaraq faktiki olaraq məğlub oldu. Bu, həm də yeni dövr Səlib yürüşünün bitməsi deməkdir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi