azia.az
azia.az

Türk Ordusu yenidən Əfqanıstana gələcək - Taliban

31-08-2021, 14:52

Türk Ordusu yenidən Əfqanıstana gələcək - Taliban
"İnşallah Əfqanıstanda yeni hökumət qurulduqdan sonra türk əsgərləri yenidən bura gələcək."

Azia.az xəbər verir ki, bunu "Taliban" hərəkatına yaxınlığı ilə bilinən Sülh Şurasının sədri Əzizullah Din Məhəmməd deyib.

Türkiyənin "Yeni Şafak" qəzetinə müsahibə verən Məhəmməd, Əfqanıstanda hökumət qurulunca sabitliyin olacağını bildirib. Türklər və əfqanlar arasındakı tarixi bağları xatırladan Sülh Şurasının sədri, ilk əlaqələrin Türkiyə ilə qurulacağına inandığını deyib.

""Taliban"ın "Əfqanıstanda heç bir xarici güc istəmirik" açıqlaması türk əsgərləri ilə bağlı deyil, NATO ilə bağlıdır. "Taliban" Əfqanıstanda NATO -nun heç bir gücünü istəmir. İnşallah yeni hökumət qurulandan sonra, Türkiyə ilə müstəqil əlaqələr qurulacaq. Türk əsgərləri yenidən Əfqanıstana gələcək, əlaqələrimiz daha yaxşı inkişaf edəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi