Nazirlərin olduğu təyyarə avtomobil yoluna təcili eniş etdi
Hindistan Hərbi Hava Qüvvələrinə məxsus “С-130J Super Hercules” təyyarəsi avtomobil magistralına eniş edib.
"Ölkə.az" xarici mediaya istinadən bildirir ki, hadisə ölkənin Racastxan ştatında hərbi təyyarələrin təcili enişi üçün istifadəyə verilən avtomobil yolunun açılışı münasibətilə gerçəkləşib.![]()
Təyyarənin göyərtəsində Hindistanın müdafiə naziri Racnatx Sinqx və nəqliyyat naziri Nitin Qadkari olub.
Təcili eniş zolağı 19 ay ərzində inşa edilib.
Bütövlükdə, ölkədə 20 belə avtomagistralın yaradılması planlaşdırılııb.