Rusiyadan Dubaya uçan təyyarə İranda təcili eniş etdi
Rusiyanın Sankt-Peterburq şəhərindən Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə uçan "Azur Air Hava yolları" şirkətinin "Boeing 757" təyyarəsi İranın Mehrabad hava limanında təcili eniş edib.
Bunu İranın Mülki Aviasiya Təşkilatının hava qəzalarının araşdırılması idarəsinin baş direktoru Hüseyn Rzayifər deyib.
H.Rzayifərin sözlərinə görə, sərnişinlərdən birinin vəziyyətinin pisləşdiyinə görə təyyarə Mehrabad hava limanına təcili eniş edib.
Baş direktor Mehrabad hava limanının seçilməsini onun şəhərə yaxın olması ilə əlaqələndirib.
Trend bildirir ki, hazırda sərnişin xəstəxanaya aparılıb və təyyarə yanacaq doldurur.