azia.az
azia.az

Kəlküttədən Bakıya uçan təcili yardım təyyarəsi Pakistana niyə endi...

2-03-2021, 19:04

Ötən gün Hindistanın Kəlküttə şəhərindən Bakıya uçan təcili yardım təyyarəsi Pakistanın paytaxtı İslamabada “texniki eniş” həyata keçirib. Virtualaz.org xəbər verir ki, bu haqda ARY News öz mənbələrinə istinadən bildirir.
 Kəlküttədən Bakıya uçan təcili yardım təyyarəsi Pakistana niyə endi...
Məlumata görə sanitar aviasiya pilotu İslamabad aerportunun dispetçerindən “texniki səbəblər” üzündən eniş icazəsi xahiş edib. Təyyarə İslamabada enib və yanacaq doldurduqdan sonra Bakıya istiqamət götürüb.
Flightradar.com saytından məlum olur ki, TC-RSD bort nişanlı həmin təyyarə ötən gün 13.05-də İslamabada enib. Oradan havaya qalxaraq 16.39-da Bakı aerportuna eniş həyata keçirib. Təyyarə daha sonra Bakıdan İstanbula istiqamət götürüb.Martın 2-də gecə saatlarında isə İstanbuldan havaya qalxaraq İraqın Bəsrə şəhərinə uçub. Daha sonra Bəsrədən İstanbula geri qayıdıb. Təyyarə Türkiyənin Səhiyyə Nazirliyinə məxsusdur, “Redstar Aviation” şirkəti tərəfindən istismar olunur.

Hindistana aid təyyarə bu gün də Pakistana təcili eniş edib, bu dəfə səbəb göyərtədə sərnişinin ölməsi olub. Həmin mənbə bildirir ki, Birləşmiş Ərəb Əmirliklərindən Şarja şəhərindən Hindistanın Lakhanau şəhərinə uçan sərnişin təyyarəsi Kəraçinin Cinnə beynəlxalq aeroportuna təcili enib. Səbəb göyərtədəki sərnişinlərdən birinin halının qəfil pisləşməsi olub. Təyyarə yerli vaxtla bu gün səhər saat 5 radələrində təcili eniş həyata keçirib, tibb personalı sərnişinin artıq keçindiyini təsbit edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi