azia.az
azia.az

Məmurun qaçmasına kömək edən avropalı diplomat saxlanılıb

4-09-2021, 12:43

Məmurun qaçmasına kömək edən avropalı diplomat saxlanılıb
Serbiyada Şimali Makedoniyanın ATƏT-dəki nümayəndəliyinin rəhbərinin müavini Mile Milenkovski saxlanılıb.

Azia.az "Sputnik Armenia”ya istinadən xəbər verir ki, diplomat avqustun 27-də "Preşevo” sərhəd-keçid məntəqəsində Serbiyadan Şimali Makedoniyaya keçməyə çalışarkən tutulub.

Şimali Makedoniyanın "Alsat-M” telekanalının məlumatına görə, Serbiya Xarici İşlər Nazirliyi faktı təsdiqləyib.

Mile Milenovskinin saxlanmasına səbəb 2018-ci ildə onun başçılığı ilə Şimali Makedoniyanın üç diplomatının Ermənistanın keçmiş hakimiyyətinin adı açıqlanmayan, korrupsiyada və külli miqdarda mənimsəmədə ittiham olunan təmsilçisinin Ermənistandan qaçmasına kömək etməsi olub.

Bildirilib ki, cinayət işi üzrə istintaq davam etdirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi