azia.az
azia.az

Şimali Koreyanın keçirdiyi raket sınağı uğursuz olub - YENİLƏNİB

16-04-2017, 10:04

Şimali Koreyanın keçirdiyi raket sınağı uğursuz olub - YENİLƏNİB

Şimali Koreya tərəfindən buraxılan raket böyük ehtimalla qitələrarası olmayıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqondakı mənbə bildirib.

Raket buraxıldıqdan dərhal sonra partlayıb. ABŞ prezidenti Donald Tramp və hazırda Cənubi Koreyanın paytaxtına yollanan vitse-prezident Mayk Pens Şimali Koreyanın keçirdiyi uğursuz raket sınağı barədə məlumatlandırılıblar.

Yaponiya hökuməti Şimali Koreya tərəfindən növbəti raket buraxılışı ilə əlaqədar Təhlükəsizlik Şurasının iclasını keçirəcək.

***

03:22

Şimali Koreyanın keçirdiyi raket sınağı uğursuz olub.

APA-nın məlumatına görə, bu barədə Cənubi Koreya hərbçilərinə istinadən Reuters agentliyi xəbər verib.

Raketin Sinpxo şəhəri yaxınlığından buraxıldığı bildirilir. Raketin növü barədə hələ ki, məlumat verilmir.

Qeyd edək ki, bir il əvvəl Şimali Koreyanın Kim İr Senin ad günü qeyd olunduğu 15 aprel tarixində keçirdiyi ballistik raketi sınağı da uğursuzluqla nəticələnmişdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi