azia.az
azia.az

Şimali Koreyada olimpiya oyunları təzə başladı

12-08-2021, 17:49

Şimali Koreyada olimpiya oyunları təzə başladı
Diktatura rejiminin hökm sürdüyü Koreya Xalq Demokratik Respublikasında (Şimali Koreya) daha bir qərar dünya mediasında müzakirələrə səbəb olub.

Azia.az xəbər verir ki, dünyadan özünü təcrid etmiş və vətəndaşlarının xarici telekanallara, internetə çıxışı olmayan ölkənin dövlət televiziyası Tokioda keçirilmiş 2020-ci il Yay Olimpiya Oyunlarını indi yayımlamağa başlayıb.

Belə ki, telekanal olimpiadanın bağlanış mərasimindən 3 gün sonra yarışları efirə verib.

Qeyd edək ki, bundan öncə də Şimali Koreyada bənzər hadisələr baş verib. Hətta dünya çempionatlarının final mərhələsində böyük hesabla yenilən ölkə yığmasının əksinə böyük top fərqi ilə qalib gəlməsi barədə xəbərlər ictimayyətə çatdırılıb.

Onu da qeyd edək ki, Şimali Koreya idmançıları Tokio-2020-də iştirak etməyib.

Şimali Koreyanın Ali lideri və dövlət başçısı Kim Çen İn 2011-ci ildən bu vəzifəni tutur. 38 yaşlı dövlət başçısı qəddarlığı və verdiyi qərarlarla daim dünya mediasının gündəmindədir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi