azia.az
azia.az

Pakistan ordusu 7 terrorçunu məhv etdi

26-08-2021, 12:43

Pakistan ordusu 7 terrorçunu məhv etdi
Pakistan təhlükəsizlik qüvvələri ölkənin cənub-qərbindəki Bəlucistan əyalətində 7 terrorçunu zərərsizləşdirib.

Azia.az xəbər verir ki, bu barədə Pakistan Polisinin Terrorla Mübarizə İdarəsi məlumat yayıb.

Bildirilir ki, təhlükəsizlik qüvvələri xeyli miqdarda silah, sursat və partlayıcı maddə ələ keçirib.

Pakistan hökumətinin ölkənin mərkəzləşdirilməsini gücləndirmək tədbirlərinə qarşı çıxan millətçi və separatçı qruplar son altı ayda Bəlucistanda vəziyyəti gərginləşdiriblər. Ekstremistlərin basqınları Çinin qlobal "Bir Kəmər - Bir Yol" layihəsinin əsas yerlərindən biri sayılan Bəlucistanda yerləşən Qvadar dəniz limanının təhlükəsizliyini təhdid edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi