Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində şiddətli partlayış olub.
Axar.az xəbər verir ki, bomba quraşdırılmış maşın Pakistan Senatının sədr müavini Heydərinin kortejinə çırpılıb.
“Geo Nyus” kanalı Heydərinin xəstəxanaya yerləşdirildiyini açıqlayıb. Yerli media isə partlayış nəticəsində 10 nəfərin öldüyünü bildirib.