azia.az
azia.az

ƏRDOĞANDAN SENSASİYA: "Müsəlman ordusu" qurulur - Türkiyə, Pakistan, Qətər...

2-06-2021, 20:52


Türkiyə İsrailin Fələstinə hücumlarının qarşısını almaq üçün plan hazırlayıb. Azia.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, bu Türkiyənin İslam Əməkdaşlıq Təşkilatında gündəmə gətirdiyi “müdafiə qüvvələri” planıdır. Plana görə, Türkiyə, İran, Qətər, Malaziya və Pakistan kimi müsəlman ölkələri koalisiya qüvvələri yaradacaq. Koalisiya qüvvələri isə həm fələstinliləri həm də bölgədəki müqəddəs məkanları qoruya bilər. Mütəxəssislər hesab edir ki, prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi və təklifi ilə hazırlanan plan ən etibarlı addım ola bilər.
ƏRDOĞANDAN SENSASİYA: "Müsəlman ordusu" qurulur - Türkiyə, Pakistan, Qətər...
Bildirilir ki, “İslam koalisiyası” İsrailin təhdidi altında olan İordaniya və Livana da hərbi qüvvə yerləşdirə, BMT-dən sərbəst qərarlar qəbul edə bilər. Bəzi dairələr koalisiyanın qurulması üçün ölkələrin bəyanat yayımasının yetərli olacağını iddia edir. Hüquqçular isə hesab edir ki, “müsəlman koalisiya qüvvələri”nin qurulması üçün BMT Təhlükəsizlik Şurasının qərarı vacibdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi