azia.az
azia.az

Merkelin partiyası son 15 ildə ilk dəfə liderliyini itirdi

25-08-2021, 12:52

Merkelin partiyası son 15 ildə ilk dəfə liderliyini itirdi

Almaniyanın Sosial Demokrat Partiyasının reytinqi son 15 ildə ilk dəfə Angela Merkelin Xristian Demokrat İttifaqı Partiyasını üstələyib.

Azia.az xəbər verir ki, bu nəticə “Forsa” tədqiqatlar institutunun keçirdiyi sorğudan sonra ortaya çıxıb.

Məlumata görə, Xristian Demokratik İttifaqı Partiyasının reytinqi 22% təşkil edib. Onların ən güclü rəqibi sayılan sosial demokratlara dəstək verənlərin sayı isə 23% olub.

İlk üçlüyü 18% səslə Yaşıllar Partiyası qapadıb. Sonrakı yerlərdə Almaniya Azad Demokratik Partiyası (12%), Almaniya üçün Alternativ Partiyası (10%) və Sol Partiyası (6%) qərarlaşıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi