azia.az
azia.az

Siyasətdən gedən Merkelin aylıq pensiyası 15 min avro OLACAQ

14-08-2021, 13:58

 Siyasətdən gedən Merkelin aylıq pensiyası 15 min avro OLACAQ
Almaniya kansleri Angela Merkel vəzifədən getdikdən sonra ayda təxminən 15 min avro pensiya alacaq. Bu barədə Almaniya Vergi Ödəyiciləri Federasiyasının hesablamalarına istinadən DPA agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, bu məbləğ Merkelin uzun müddət Bundestaq üzvü olması və eyni zamanda Almaniya kansleri vəzifəsini icra etməsini əhatə edir.

1954-cü ildə anadan olan Merkel 1989-cu il inqilabının başladığı vaxtlarda siyasətə daxil olub. O, 2005-ci ildən Almaniyanın kansleri vəzifəsini icra edir.

Sentyabrın 26 -da Almaniyada parlament seçkiləri keçiriləcək və bunun ardınca yeni hökumət qurulacaq. Merkel namizədliyini irəli sürməyib və seçkilərdən sonra siyasətdən getmək istədiyini açıqlayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi