MSK-nın tərkibi yenidən formalaşdırılır
Azərbaycan Mərkəzi Seçki Komissiyasının tərkibi yenidən formalaşdırılır.
Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı sənəd aprelin 15-də keçiriləcək plenar iclasda müzakirəyə çıxarılacaq.
“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzləyici üzvlərinin seçilməsi haqqında” layihədə V çağırışda Milli Məclisə nümayəndələri seçilmiş partiyaları MSK-da təmsil edəcək namizədlər əks olunub.
V çağırış Milli Məclisdə Yeni Azərbaycan Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Sosial Rifah Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Vəhdət Partiyası və Demokratik İslahatlar Partiyasından deputatlar var.