İŞİD-in Mərkəzi Asiyada yatmış hücrələri var - Kazakbayev
![]()
Əl Qaidə, İŞİD və digər terror təşkilatlarının Mərkəzi Asiya dövlətlərində yatmış hücrələri var.
Azia.az xəbər verir ki, bunu Qırğızıstan xarici işlər naziri Ruslan Kazakbayev deyib.
O, yatmış hücrələrin Talibana aid olmadığını bildirib:
“Taliban rəhbərliyi əvvəllər dəfələrlə yalnız daxili gündəmə diqqətini yönəltdiyini və xarici ekspansiya planlarına sahib olmadığını bəyan edib”.