Azia.az xəbər verir ki, Moskvada taksi sürücüsü qadın sərnişini zorladığı ittihamı ilə həbs edilib.
Sürücü qadının maşının salonunda yatmasından istifadə edib.
Zorlamadan sonra kişi qadını maşından düşürüb və aradan çıxıb.
Hadisə sentyabrın 22-də Moskvanın Tversk rayonunda qeydə alınıb. Faktla bağlı araşdırma aparılır.
"Komsomolskaya pravda" nəşri sürücünün Moskvada qeydiyyatsız işləyən 30 yaşlı azərbaycanlı olduğunu bildirib. /oxu.az