ABŞ bu türk ölkəsinə ordu yerləşdirmək istəyir - Kazakbayev
ABŞ Əfqanıstandakı əsgərlərinin Qırğızıstana yerləşdirilməsi üçün Bişkekdən kömək istəyib.
Azia.az xəbər verir ki, bunu Qırğızıstan xarici işlər naziri Ruslan Kazakbayev deyib.
Nazir bu formatda əməkdaşlıq məsələsinin hələ qaldırılmadığını bildirib.
O xatırladıb ki, respublika artıq NATO hərbçilərini Manas hava limanında qəbul edib və 2001-2009-cu illərdə Əfqanıstandakı kampaniyanı dəstəkləmək üçün antiterror koalisiya qüvvələrinin ora yerləşdirilməsinə icazə verib.
Kazakbayev onu da bildirib ki, ABŞ qoşunlarının Qırğızıstana yerləşdirilməsi məsələsində müxtəlif müraciətlər, müxtəlif səviyyələrdə məsləhətləşmələr olub".