azia.az
azia.az

ABŞ xarici ölkə liderlərini BMT Baş Assambleyasının sessiyasında iştirakdan çəkinməyə çağırır

19-08-2021, 16:54



ABŞ, sentyabrda keçiriləcək BMT Baş Assambleyası iclasının koronavirusun "yayılma mənbəsinə" çevrilməməsi üçün tədbiri videoformatda keçirməyə çağırır. Bu barədə “Associated Press” yazır.
ABŞ xarici ölkə liderlərini BMT Baş Assambleyasının sessiyasında iştirakdan çəkinməyə çağırır
ABŞ missiyasının BMT-nin 192 üzv ölkəsinə göndərilən məktubda deyilir ki, BMT-nin digər tədbirləri də bu formada keçirilməlidir.

Bayden administrasiyasının baş katib Antonio Quterreş və gələcək Baş Assambleyanın prezidenti Abdullah Şahidin iştirakı ilə yüksək səviyyəli canlı tədbirlər keçirəcəyindən xüsusilə narahat olduqları qeyd olunur. "Birləşmiş Ştatlar, ümumi prioritetlər mövzusunda bu əhəmiyyətli tədbirlərin virtual formatda uğurlu olması üçün hər cür səy göstərməyə sadiqdir", - məktubda deyilir.

İyulun sonlarında BMT dünya liderlərinin 21-27 sentyabr tarixlərində illik toplantılarına şəxsən gəlmələrinə icazə verilməsi haqqında qərar verib.

Məruzəçilər siyahısına 127 dövlət və hökumət başçısı daxildir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi