azia.az
azia.az

“Bu tədbirlər Azərbaycan KİV-i ilə dünya media vasitələrinin əlaqələrini möhkəmləndirir”

16-11-2016, 11:39

“Bu tədbirlər Azərbaycan KİV-i ilə dünya media vasitələrinin əlaqələrini möhkəmləndirir”
"Dünya Xəbər Agentliklərinin V Konqresinin və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının Azərbaycanda keçirilməsi ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir"

Bunu Trend-ə Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, dünyanın aparıcı informasiya agentliklərinin rəhbərlərinin Azərbaycana gəlmələri, burada həyata keçirilən yenilikləri görmələri onların rəhbərlik etdiyi agentliklərdə ölkəmizlə bağlı daha dolğun məlumatların yayılmasını əsaslandırır:

"Belə tədbirləri keçirməklə Azərbaycan mediası beynəlxalq mediaya daha çox inteqrasiya olunur. Bu cür tədbirlər Azərbaycan kütləvi informasiya vasitələri ilə dünya media vasitələrinin əlaqələrini də möhkəmləndirir, qarşılıqlı münasibətlər, əməkdaşlıqlar yaranır".

Ə.Amaşov bildirib ki, belə tədbirlərdə dünyada baş verən hadisələrə nəzər salınır:

"Tədbirin açılışında Azərbaycan prezidenti İlham Əliyev ölkəmizdə həyata keçirilən islahatlar, medianın vəziyyəti barədə dolğun məlumat verdi. Tədbirdə iştirak edən nümayəndələrin Azərbaycan haqqında məlumatları birbaşa prezidentin çıxışından əldə etməsi, bu kimi tədbirləri biz və iştirakçılar üçün əhəmiyyətli edir".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi