Taliban döyüşçülərinə bunu qadağan etdi
![]()
Taliban döyüşçülərinə Əfqanıstandakı səfirlikləri tutmağı və səfirlik maşınlarını saxlamağı qadağan edib.
Azia.az xəbər verir ki, bu barədə mediada məlumat yayılıb.
“Taliban Əfqanıstanda olan bütün dövlət nümyəndələrinə hörmətlə yanaşır”, - hərəkatın yüksək səviyyəli nümayəndəsi bildirib.
Qeyd edək ki, bir müddət öncə də Taliban Kabildəki bütün diplomatik missiyaların və xarici vətəndaşların heç bir təhlükə altında olmadığını bildirmişdi.