azia.az
azia.az

NATO-dan Rusiyaya ağır ittiham:"Rusiya “Taliban”ı təchiz edir"

24-03-2017, 10:24

NATO-dan Rusiyaya ağır ittiham:"Rusiya “Taliban”ı təchiz edir"


NATO-nun Avropadakı komandanı Rusiyanı günahlandırıb

NATO və ABŞ-ın Avropadakı qoşunlarının komandanı Kertis Skaparotti Rusiyanı Əfqanıstandakı “Taliban” radikal hərəkatı təchiz etməkdə günahlandırıb. O bununla bağlı Skaparotti Senatın Silahlı Qüvvələrə dair komitəsində çıxışı zamanı bildirib: “Mən son zamanlar Rusiyanın təsirinin və, çox ehtimal ki, “Taliban” üçün tədarüklərin artdığını müşahidə edirəm”

Kertis Skaparotti məsələ ilə heç bir təfərrüat və ya dəlil təqdim etməyib.

Qeyd edək ki, NATO-nun hazırda Əfqanıstanda 13 minədək əsgəri var.

Rusiya XİN-i bundan əvvəl qeyd edib ki, Moskvanın taliblərlə məhdud təmasların məqsədi onları milli barışığa qatılmağa sövq etmək və Əfqanıstandakı rusiyalıların təhlükəsizliyini təmin etməkdir. XİN-dən bildirilib ki, Əfqanıstanın rəsmi şəxslərinin 2015-ci ildə Qətər, Çin, BƏƏ, Norveç və Pakistanda “Taliban” nümayəndələri ilə keçirdiyi müzakirələr zamanı, hərəkat faktiki olaraq Kabil tərəfindən eyni hüquqlu danışıqlar iştirakçısı kimi qəbul edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi