Çində yenidən sərt karantin tətbiq olundu
Çinin cənub-qərb Yunnan əyalətinin Myanmar sərhədindəki Lunqçuan qəzasında dünən daha üç nəfərin yeni növ koronavirus infeksiyasına yoluxması faktı ilə bağlı lokdaun tətbiq edilib.
Azia.az "Xinhua”ya istinadən xəbər verir ki, 190 min əhalisi olan qəzaya giriş və çıxış məhdudlaşdırılıb, əhalinin kütləvi test olunmasına başlanılıb.
Yoluxanların hər üçü xəstəxanaya yerləşdirilib, onlarla təmasda olduqları müəyyənləşdirilən daha 383 nəfər isə karantinə alınıb.