azia.az
azia.az

Azərbaycanda daha 80 yeni yoluxma faktı qeydə alınıb

1-10-2020, 19:07


Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 114 nəfər sağalıb, 80 yeni yoluxma faktı qeydə alınıb.
Azərbaycanda daha 80 yeni yoluxma faktı qeydə alınıb
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Musavat.om-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 40 min 309 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 38 min 68 nəfər müalicə olunaraq sağalıb, 593 nəfər vəfat edib. Aktiv xəstə sayı 1 648 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 121 min 290 test aparılıb. Bugünkü test sayı isə 5 542-dir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi