azia.az
azia.az

Çində yenidən koronavirus yayılır

15-05-2021, 14:46


Çinin İnkou şəhərində COVID-19-a iki yoluxma aşkar edilib.
Çində yenidən koronavirus yayılır
Bu barədə Gigiyena və Səhiyyə məsələləri üzrə şəhər komitəsi məlumat yayıb.

Məlumata görə, şəhərdə koronavirusa daha üç simptomsuz yoluxma aşkarlanıb.

Qeyd edilir ki, virusun aşkarlandığı şəhərin əhalisi təxminən 2,3 milyon nəfər təşkil edir.

Bütün yoluxanlar bir müəssisənin əməkdaşlarıdır. İnkou sakinlərinə ciddi zərurət olmadan şəhəri tərk etməmək məsləhət görülüb. İnkounun hakimiyyət orqanları şəhərdən çıxışı dayandırıb.

Qeyd edilir ki, hazırda 217 nəfər karantinə alınıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi