azia.az
azia.az

Türkiyədə COVİD-19-a yoluxanların sayı 110 mini ötdü

27-04-2020, 13:23


Türkiyədə son 24 saatda koronavirusa 2 357 yoluxma halı qeydə alınıb.

Azia.az bildirir ki, bu barədə səhiyyə naziri Fahrettin Koca xəbər verib.

Səhiyyə naziri bildirib ki, son sutka əzrində daha 99 nəfər koronavirusdan ölüb. Ölkədə koronavirusa yoluxanların ümumi sayı 110 130 nəfər təşkil edir. Nazirin sözlərinə görə, ölkədə son 20 gündə virusa ən az yoluxma qeydə alınıb.

Məlumata görə, Türkiyədə ümumilikdə 2 805 nəfər COVID-19 infeksiyasının qurbanı olub. Koronavirusa yoluxmuş 3 558 nəfər sağalıb. Bununla da COVID-19 infeksiyasından sağalanların ümumi sayı 29 140 nəfər olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi