azia.az
azia.az

İsveçdə ilk koronavirusa yoluxma hadisəsi aşkarlanıb

1-02-2020, 11:52

İsveçdə ilk koronavirusa yoluxma hadisəsi aşkarlanıb
İsveçdə yeni 2019-nCoV koronavirusuna yoluxma hadisəsi aşkarlanıb. “Report” xəbər verir ki, bu barədə “The Local” bildirib. İsveçin İctimai Səhiyyə Agentliyinin məlumatına əsasən, hadisə Yençepinqedə, Rıhov dairəsi xəstəxanasında qeydə alınıb. Qeyd edilir ki, qadın pasiyentdir. O, yanvarın 24-də Çinin Uhan şəhərindən səfərdən qayıdıb. Nəşrin məlumatına görə, hazırda o, infeksiya xəstəxanasının təcridxanasındadır. Xatırladaq ki, 2019-cu ilin dekabrında Çin hakimiyyəti Uhan şəhərində pnevmoniyanın yayılması haqqında bildirib. Son məlumatlara görə, Çində 11,1 min nəfər koronavirusa yoluxub, 259 nəfər ölüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi