azia.az
azia.az

Prezidentin oğlu məşhur Türkiyə serialına çəkildi – VİDEO

31-05-2019, 08:49


Çeçenistan Prezidenti Ramzan Kadırovun kiçik oğlu Adam Türkiyənin məşhur serialı “Diriliş Ertuğrul”da rol alıb.
Prezidentin oğlu məşhur Türkiyə serialına çəkildi – VİDEO
“Qafqaqzinfo”nun xəbərinə görə, bu barədə ölkənin Baş Nazir müavini Sultan Qarayev və Şali rayon bələdiyyəsinin rəhbəri Turpal-Əli İbrahimov instaqramda məlumat verib.
“Adam özünü bütün sahələrdə inkişaf etdirir. Belə ki, o, dərslərini yaxşı oxuyur, idmanla aktiv məşğul olur. Buna görə mükafatlar qazanıb. O, filmdə bütün bacarığını yaxşı şəkildə göstərib”, – deyə İbrahimov bildirib.

Bu məqamda bildirək ki, R. Kadırov 2018-ci ilin əvvəlində sözügedən serialı tənqid edərək onu “heç nə” adlandırıb və qeyd edib ki, serialı başa düşmədiyindən onun Çeçenistanda yayımlanmağının tərəfdarı deyil. Lakin ötən ilin noyabrında serialın çəkiliş meydanında olaraq aktyor heyətini Çeçenistana dəvət edib. Bu il mayın 1-də serialda Turqut rolunun ifaçısı Coşkun Cengiz, Bamsı rolunun ifaçısı Sonmez Nurettin, rejissor Bozdağ Mehmet və digərləri bu ölkəyə səfər edərək Kadırovla görüşüblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi