Milyonlarla vəsait xərclənib tələbatı ödəyə bilməyən Qobu qəsəbəsi sutəmizləyici anbarları- Araşdırma
27-09-2017, 15:40
“Su təchizatı və kanalizasiya investisiya proqramı” və “Azərsu” ASC
Respublikamızın ərazisində və paytaxt Bakı şəhərində yaşayan əhalinin içməli su təminatında yaranmış problemlər XVIII əsrdən başlayır. Xanlıqlar dövrünü əhatə edən həmin zamanlarda da içməli suya olan tələbat Bakı şəhərindən kənarda yerləşən su mənbələrindən çəkilmiş su xətlərin hesabına bu problemin həll edilməsi məqsədilə müəyyən layihələr həyata keçirilmişdir. Sənayenin inkişafı və əhalinin Bakıya axını Abşerona yeni su kəmərinin çəkilişini zəruri edir. Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyinin ilk illərindən Bakı şəhərinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə Hacıqabul rayonunun Kiçik Talış kəndi yaxınlığında sutəmizləyici qurğuların inşasına, eləcə də kəmərin çəkilməsinə başlanır. Cəmi bir il sonra, 1970-ci ilin sentyabrında birinci Kür Su Kəmərləri Sisteminin 1-ci növbəsi, 1971-ci ilin sentyabrında isə 2-ci növbəsi istifadəyə verilir. Buna baxmayaraq, Bakı şəhərinin və ətraf qəsəbələrin içməli suya tələbatı yenə də tam ödənmir və ikinci Kür Su Kəmərləri Sisteminin tikintisi haqqında qərar qəbul olunur. 1980-88-ci illərdə 3 növbədə Bakıya yeni magistral kəmərlər çəkilir. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə neft sənayesinin inkişafı və neft ixracından əldə olunan gəlirin digər sahələrə yönəldilməsi ölkə iqtisadiyyatında sürətli inkişafa yol açır. Bununla yanaşı, Bakıda çoxmərtəbəli binaların inşası, şəhər ətafında yeni yaşayış massivlərinin salınması ilə əhalinin sayında ciddi artım olur. İqtisadi inkişaf Bakı şəhərinə və Abşerona yarımadasına verilən suyun həcminin artırılması zərurətini yaradır. Bu məsələ ümummilli lider Heydər Əliyevin sədrliyi ilə 2002-ci ilin dekabrında keçirilən müşavirədə həllini tapır. Ulu öndər Bakı şəhərinə yüksək keyfiyyətli bulaq suyunun gətirilməsi məqsədilə Oğuz-Qəbələ-Bakı layihəsinin hazırlanması tapşırığını verir. Həmin layihənin icrasına Prezident İlham Əliyevin sərəncamı ilə 2007-ci ilin martında kəmərin təməlqoymaqla başlanılır. 2010-cu il dekabrin 28-də isə kəmərin rəsmi açılış mərasimi keçirilir və ilk su Bakı sakinlərinə çatdırılır. Bakı şəhərinin və regionların su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması möhtərəm prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında bu gündə davam etdirilməkdədir.
"Azərsu" ASC-dən çərşənbə günü Trend-ə verilən məlumata görə, 7 şirkətin qatıldığı müsabiqənin nəticələrinə görə Türkiyənin ATİNAK şirkəti daha sərfəli şərtlər təklif edərək tenderin qalibi olub və həmin şirkətlə "Azərsu" arasında müqavilə imzalanıb. Layihə çərçivəsində Göyçay şəhərində tikintisinə başlanmış suqəbuledici qurğular kompleksinin inşası başa çatdırılacaq, şəhərin içməli su və kanalizasiya şəbəkələri yenidən qurulacaq. Asiya İnkişaf Bankının krediti hesabına reallaşdırılacaq işlərə 2011-ci ilin dekabrında başlanacaq və tikintinin 18 ay müddətinə tamamlanması nəzərdə tutulur. Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə Asiya İnkişaf Bankı arasında bağlanmış “Su təchizatı və kanalizasiya investisiya layihəsi” Layihə Sazişlərinin yetirilməsi məqsədilə bir çox işlər görülmüşdür. Çox təəssüflər olsun ki, bu Layihələrin icrasına milyonlarla vəsait xərclənməsinə baxmayraq layihə üzrə işlər tam olaraq yerinə yetirilməmiş və ya layihədə nəzərdə tutulan işlər keyfiyyət baxımından tələbatı ödəmir. Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində inşa edilmiş sutəmizləyici anbarları buna misal olaraq göstərə bilərik. “Azərsu”ASC ilə lyihəni icra edən tender qalibi olan təşkilat işlərin tam başa çatdırılmamasında bir-birilərinə günahlandıraraq mahiyyətdən danışmırlar. Bu istiqamətdə araşdırmalarımız davam edir. Növbəti yazılarımızda daha ətraflı məlumatları Sizlərə təqdim edəcəyik hörmətli oxucularımız.