azia.az
azia.az

Zamanla dəyişən deyimlər (təmsil)

Dünən, 18:46


Təranə Şəms 

Həyatda baş verən hadisələrə nisbi baxışla yanaşılsa, eyni anlayışın müxtəlif tərəflərini görmək mümkündür. Bunun üçün od və su, gecə və gündüz, ağ və qara kimi saysız-hesabsız nümunələr göstərmək olar. Hər biri ziddiyyət təşkil etsə də, həyatın bütövlüyünü yaradan məhz bu fərqlərdir.
İnsan da belədir. Xarakteri, düşüncəsi və hadisələrə baxışı bir-birindən fərqləndiyi üçün eyni məsələyə müxtəlif mövqedən yanaşır. Elə buna görə də bu dəfə od və suya adi gözlə deyil, fərqli baxış bucağından nəzər salaq. Atalar sözləri bu ünsürlər haqqında nə deyir, həyat isə bizə nə göstərir?
Əslində ağıllı insan hər mürəkkəb fikrin cavablarını həyatın öz içində axtarar və tapdığı yerdən öz yolunu davam etdirər. Hər baxış insan üçün bir məktəbdir. Bu üzdən də atalar sözləri hər mühitə və yaşam tempinə görə dəyişə bilər.
Texnika əsridir. İnsan yaddaşı və baxış bucağı tədricən inkişaf edir. Bunun nəticəsində insan əvvəllər diqqət yetirmədiyi yeni sferaları görə bilir. Bu baxış müstəvisində şüur təfəkkürü necə silkələsə, təxəyyül də ona uyğun cavab verəcək.Zamanla dəyişən deyimlər (təmsil)
Həyatda baş verən hadisələrə nisbi baxışla yanaşılsa, eyni anlayışın müxtəlif tərəflərini görmək mümkündür. Bunun üçün od və su, gecə və gündüz, ağ və qara kimi saysız-hesabsız nümunələr göstərmək olar. Hər biri ziddiyyət təşkil etsə də, həyatın bütövlüyünü yaradan məhz bu fərqlərdir.
İnsan da belədir. Xarakteri, düşüncəsi və hadisələrə baxışı bir-birindən fərqləndiyi üçün eyni məsələyə müxtəlif mövqedən yanaşır. Elə buna görə də bu dəfə od və suya adi gözlə deyil, fərqli baxış bucağından nəzər salaq. Atalar sözləri bu ünsürlər haqqında nə deyir, həyat isə bizə nə göstərir?
Əslində ağıllı insan hər mürəkkəb fikrin cavablarını həyatın öz içində axtarar və tapdığı yerdən öz yolunu davam etdirər. Hər baxış insan üçün bir məktəbdir. Bu üzdən də atalar sözləri hər mühitə və yaşam tempinə görə dəyişə bilər.
Texnika əsridir. İnsan yaddaşı və baxış bucağı tədricən inkişaf edir. Bunun nəticəsində insan əvvəllər diqqət yetirmədiyi yeni sferaları görə bilir. Bu baxış müstəvisində şüur təfəkkürü necə silkələsə, təxəyyül də ona uyğun cavab verəcək.
Dillər əzbəri olan atalar sözləri bu gün də yaşayır. İnkişaf mərhələsində olan cəmiyyət atalar sözlərinin anlamına birmənalı yanaşmır. Hətta əksər hallarda zərb məsəlləri ilə insanlar arasında söz yaranır. Yəni bəzi qisim insanlar deyilən zərb məsəli olduğu kimi qəbul edir, bəzi seqmentlər isə onu qəbul etmək istəmir. Çünki müzakirə çərçivəsində yayılan fikirlər tədricən dialoqa çevrilərək müəyyən çəkişmələrə səbəb olur.
Bir insan belə söz edir:
— Təsadüfən atalar sözlərinin insanla olan dialoqunu eşitdim.
İnsan suya deyirdi:
— Sən susan! Aydın məsələdir ki, sənsiz həyat ola bilməz. Bəs niyə Nizami Gəncəvinin **"Xəmsə"**sindəki şeirlərindən birində dövrünə görə belə deyilir:

Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir oda.

Əgər su artıq olanda dərd verirsə, niyə bəzi həkimlər məsləhət görürlər ki, bol-bol su içmək orqanizmi sağlam edir? O zaman deyilmiş bu fikir zamanına görə dəyişir və arada paradoks yaradır.
İnsan sudan soruşdu:
— Doğrudanmı çox su içəndə insana zərər verə bilər?
Su cavab verdi ki:
— Bəli, zərər verə bilər. Həyatda gördüyün nə varsa, onun hədsiz istifadəsi insana zərərdir. Nəyinsə həddindən artıq istənilməsi insanın nəfsindən irəli gəlir. Su çox olanda orqanizmə zərər verirsə, deməli, təbiətdə yaranan hər bolluğun da hədsiz istifadəsi zərər gətirə bilər.
Su qeyzlə danışmağa davam etdi:
— Sən mənim yalnız pis tərəflərimi dedin. Axı mənim yaxşı tərəflərim də var. Hansı meşədə və ya evdə yanğın çıxarsa, məndən istifadə edib insanları böyük fəlakətdən qoruyurlar. Mən olmasam, yanğın necə söndürülər?
Su özünü öyərək danışanda od öz adını eşitdi və insanla suyun dialoquna qoşuldu:
— Ey insan və su! Siz həyatı mənsiz necə təsəvvür edirsiniz? Mənim məişətə gətirilməyim əsrlər öncə Prometeyin adı ilə bağlıdır. O, bu yolda Zevslə daima mübarizə aparıb. Odun bugünkü insanlara gəlib çıxmasına isə daş dövrü insanlarının səy və bacarığı səbəb olub. Onlar məni qoruyub saxlayıblar. Mən də insanlara çox xeyir vermişəm. Yeməklər ocaqda bişir, müxtəlif nemətlər hazırlanır. Sənayenin inkişafında da böyük rolum olub. Mən nə edə bilərəm ki, insanlar mənimlə düzgün və ehtiyatlı davranmırlar?
Deyimlər öz fikirlərini bölüşdükcə insan susmağa məcbur olurdu.
İnsan susmasına baxmayaraq, beynində başqa fikirlər də dolaşırdı. Bu üzdən yenidən dialoqa qoşularaq insan amilini önə çəkən başqa bir deyimi xatırlatdı.
— Bəzən deyirlər: "İnsan çiy süd əmib." Guya buna görə bəzi insanlar həyatda özlərinə düzgün yol tapa bilmirlər.
Od və su təəccüblə bir-birinə baxdı.
— Maraqlıdır...
Sonra birlikdə dedilər:
— Belə fikir nəinki bizə inandırıcı görünmür, hətta öz məntiqində də tamlıq yaratmır. Axı harda görülüb ki, ana öz südünü bişirib övladına içirsin? Bu ifadəyə dərindən baxanda onun düşündüyümüz qədər dərin məna daşımadığı görünür.
Su yenidən sözə başladı:
— Bir deyim də var: "Su axar, çuxurunu tapar." Bax, bu fikir isə öz reallığını bu gün də qoruyub saxlayır. Su axmayanda durğunlaşır, qoxuyur. Axdıqca isə saf və təmiz qalır.
Beləcə insan atalar sözləri ilə uzun-uzadı söhbət etdi. Danışıqlardan məlum oldu ki, atalar sözləri həyatın müxtəlif sahələrindən yaranıb.
Əməklə bağlı onların yadına Nizami Gəncəvinin bir fikri də düşdü:
"Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan."
İnsan dedi:
— Məncə, bu fikir bu gün də öz aktuallığını qoruyur. İnsan hər işə başlayıb yarımçıq qoymamalıdır. Bir sənəti mənimsəmək üçün zəhmət çəkməli, işinin ustası olmalıdır.
Bu dialoqda atalar sözlərinin insandan razı qaldığı tərəflər olduğu kimi, insanın da onlarla razılaşdığı məqamlar oldu.
İnsan atalar sözləri ilə anlaşaraq ayrıldı. Bir müddət yol gedə-gedə fikrə daldı. Xəyalı uzaqlara getsə də, eşitdiyi dialoqu beynində dönə-dönə ölçüb-biçirdi və öz-özünə dedi:
— Doğrudan da, zaman ən böyük hakimdir. Əgər zaman öz dövrünün atributu olan atalar sözlərini bu günə qədər yaşadıb gətiribsə, deməli, o, keçmişi yaddaşında qoruyaraq gələcək nəsillərə ötürür. Belə çıxır ki, atalar sözləri də öz dövrünün məhsuludur. Lakin bu gün bizə gəlib çatan bəzi deyimlər müasir insanın, xüsusilə də gənclərin təfəkkürü ilə hər zaman uyğunluq yaratmır.
Axı hər şey zamanında yerində olur. Zaman dəyişdikcə mühit də yenilənir.

P.Ş. İnsan şüuru keçmişdən bu günə təkamüllə inkişaf edibsə, bəs müasir əsrin astanasında təfəkkür niyə yenilənməsin?




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi